Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:39
«Heç bir ölkədə görməmişik ki, Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük prosesi 13 il çəksin. Bu proses 3-5 il çəkməli idi, artıq aydınlaşmalı idi ki, bu təşkilata üzv olmaq vacibdir və bundan sonrakı proseslər getməli idi».

Bunu aprelin 27-də «Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzvlüyü və Mətbuat» mövzusunda keçirilən seminarda ÜTT komponentinin yerli rəhbəri Elxan Mikayılov deyib.

O bildirib ki, Azərbaycan təşkilata gec yox, «ehtiyatlı şərtlərlə» üzv olmalıdır.

Onun fikrincə, Azərbaycan rəhbərliyinin siyasi iradə nümayiş etdirəcəyi təqdirdə üzvlük prosesi 2-3 ilə başa çata bilər:

«Prosesi gecikdirən ikitərəfli danışıqlardır. Azərbaycan bir sıra təşkilatların üzvüdür, amma dəyişiklik olmayıb. ÜTT isə qanunvericilik tam icra edilməyənə kimi üzv ola bilmirsən. ÜTT sistem qurur, onun səmərəli idarə edilməsi liderlərin fəaliyyətindən asılıdır. Əhəmiyyətli irəliləyiş var, artıq işlərin 60 faizi görülüb, ancaq ən ağır 40 faiz qalıb».

E. Mikayılov bildirib ki, Azərbaycanın ÜTT-ə üzv olacağı təqdirdə bir sıra mal və xidmətlərin tarifi beynəlxalq tələblərə müvafiq olaraq aşağı salınacaq. Məsələn, bananın qiyməti 20-30 faiz, kərə yağının ən azı 2 dəfə ucuzlaşacağı gözlənilir.

ÜTT-na üzvlük prosesi üzrə beynəlxalq ekspert Farhat Yovakim Farhat isə bildirib ki, təşkilata üzvlük inhisarçılar və səmərəsiz fəaliyyət göstərən mal və xidmət təchizatçılarına qarşı yönəlib:

«Azərbaycanın da təşkilata üzv olub, faydalarından yararlanmaq üçün onun qaydalarını tətbiq edib, ona uymaq lazımdır. Birinci qanunvericilikdə dəyişiklik edilməli, xərclər baxımından səmərəli işgüzar mühit yaradılmalıdır. Bundan əlavə ticarətdə maneələr yardan qeyri-tarif baryerlər aradan qaldırılmalıdır”.

Farhat Yovakim Farhatın sözlərinə görə hazırkı mərhələdə onlar bəzi müqavimətlə qarşılaşırlar: «Bəzi nazirliklər əllərində olan səlahiyyətləri itirmək istəmirlər».

Hazırda ÜTT-nin 153 üzvü var və 28 ölkə isə üzvlük prosesindədir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG