Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:10

Rusiya rəsmilərinə ABŞ-a giriş qadağası qoyulacaqmı?


Avropada təhlükəsizlik və əməkdaşlıq komissiyasının sədri senator Benjamin Kardin
Avropada təhlükəsizlik və əməkdaşlıq komissiyasının sədri senator Benjamin Kardin
Avropada təhlükəsizlik və əməkdaşlıq komissiyasının sədri senator Benjamin Kardin Rusiyada təcridxanada vəfat etmiş hüquqşünas Sergey Maqnitskinin ölümündə bu və ya digər şəkildə günahı olan 60 rəsmi şəxsin Amerikaya girişinin qadağan edilməsi tələbi ilə dövlət katibi Hillari Klintona müraciət edib.

Siyahı xüsusi xidmət orqanları əməkdaşları, prokurorlar, hakimlər, vergi orqanlarının işçiləri və həbsxana nəzarətçilərindən ibarətdir. Konkret olaraq Rusiya baş prokurorunun müavini Viktor Qrinin, Daxili İşlər Nazirliyinin baş müstəntiqi Aleksey Anişinin və 11 hakimin adı var.
Hüquqşünas Sergey Maqnitskinin dəfni


37 yaşlı Maqnitski Moskvadakı Matrosskaya Tishina həbsxanasında ötən ilin noyabrında vəfat edib. O, vergi cinayətlərində ittiham edilirdi. Bir il idi təcridxanada məhkəməsini gözləyirdi. Səhhətinin pisləşməsinə baxmayaraq, nə müalicəsinə, nə də ailəsi ilə görüşə icazə verilməmişdi.

Maqnitski Amerikanın «Firestone Duncan» firmasının hüquqşünası idi. Londonda yerləşən «Hermitage Capital» investisiya fondunun maraqlarını təmsil edirdi. O, bir sıra rəsmi şəxsin «Hermitage Capital»ın vergi kimi ödədiyi 230 milyon dolları mənimsədiyini aşkarlayaraq onlara qarşı ifadə vermişdi. Bundan sonra qondarma ittihamla həbs olunmuşdu. Onu həbs edənlər ifadəsini geri götürməyi tələb edirdilər. Ona təzyiq göstərirdilər.

Prokurorluq Maqnitskinin infarktdan öldüyünü bildirsə də, ailəsi ölümündən sonra aparılan meyitin tibbi müayinəsinə buraxılmayıb. Benjamin Kardin Klintona məktubunda siyahıda adı çəkilən 60 rəsmi şəxsin Rusiyada indi korrupsiya əməliyyatında iştirak etdiyini, Maqnitskiyə işgəncə verilməsində və öldürülməsində birbaşa və ya dolayısı ilə əli olduğunu göstərib. Həmin şəxslərə və onların ailə üzvlərinə viza verilməməsini və ya verilmiş vizanın dərhal ləğv edilməsini xahiş edib.

Benjamin Kardinin rəhbərlik etdiyi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası İnsan Hüquqları haqqında Helsinki sazişlərinə əməl olunub -olunmadığına nəzarət etmək məqsədi ilə 1976-cı ildə Amerikada hökumət orqanı kim yaradılıb. Komissiya 9 senatordan və 9 konqresmendən və Dövlət Departamentinin müdafiə və ticarət nazirliklərinin rəsmilərindən ibarətdir.

Bu mövzuda "Korrupsiometr" saytında daha ətraflı oxuyun.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG