Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:49
Rusiya hərbi donanmasının Ukraynanın Krım yarımadasında qalma müddətinin 2042-ci ilədək uzadılması barədə sazişin aprelin 27-də iki ölkənin parlamentlərində təsdiqlənməsi gözlənilir.

Sazişi aprelin 21-də prezidentlər Dmitri Medvedyev və Viktor Yanukoviç imzalayıblar. Bunun əvəzində Rusiya Ukraynaya satdığı qazın qiymətini 30 faiz azaltmağa razılaşıb.

Müxalifət rus hərbi donanması ilə bağlı sazişi Ukraynanın milli maraqlarının satılması kimi qiymətləndirir. Onların tərəfdarları sazişin parlamentdə təsdiqinə fiziki yolla mane olmağa çalışacaqlarını bildiriblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG