Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:34

İraqın keçmiş baş naziri şikayət verəcək


İraqın keçmiş baş naziri İyad Ələvi deyib ki, onun Əl-İraqiyyə bloku Səddam Hüseynin Bəəz partiyası ilə əlaqələrinə görə 52 deputata verilmiş səslərin ləğvi barədə məhkəmə qərarından şikayət verəcək.

Ələvi Ankaradakı mətbuat konfransında bildirib ki, o, İraqda siyasi proseslərin yalnız müəyyən qrupların nəzarəti altında olmasından narahatdır.

Martda keçirilmiş parlament seçkilərində sünnilərin dəstəklədiyi Əl-İraqiyyə bloku 91, şiələrin dəstəklədiyi baş nazir Nuri əl-Malikinin koalisiyası isə 89 yer qazanıb.

XS
SM
MD
LG