Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:44

“Azadlıq” bloku növbəti aksiyalara hazırlaşır


“Azadlıq” blokunun aprelin 26-da Bakı şəhər icra hakimiyyəti qarşısında keçirdiyi

aksiya zamanı saxlanılmış 10 nəfərin işi Səbail rayon məhkəməsinə göndərilib. Onlardan beş nəfəri cərimələnib, beşinə isə xəbərdarlıq edilərək sərbəst buraxılıb. Bu haqda AzadlıqRadiosuna AXCP Ali Məclisinin sədri Həsən Kərimov bildirib: “Ümumilikdə dünənki piketdə 52 nəfər tutularaq 8-ci və 9-cu polis bölmələrinə və Nəsimi rayon polis şöbəsinə aparılmışdı. Onlardan 40 nəfərinə xəbərdarlıq edilərək elə polis bölmələrindən buraxılmışdılar. 10 nəfər isə Səbael rayon məhkəməsinə göndərilmişdi. Onlardan beşinə xəbərdarlıq edilib, beşi isə cərimə olunub buraxılmışdı”.

Həsən Kərimovun verdiyi məlumata görə, may ayının ilk ongünlüyündə “Azadlıq” bloku yenidən aksiyalar keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək: “İcazə verilib-verilməməsindən asılı olmayaraq biz aksiyaları keçirəcəyik”- deyə, AXCP Ali Məclisinin sədri bildirib.

XS
SM
MD
LG