Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 18:24

Prezident İlham Əliyev bütün ermənilərin katalikosu II Qaregini qəbul edib


Prezident İlham Əliyev aprelin 26-da bütün ermənilərin katolikosu II Qaregini qəbul edir, 26 aprel 2010
Prezident İlham Əliyev aprelin 26-da bütün ermənilərin katolikosu II Qaregini qəbul edir, 26 aprel 2010
Prezident İlham Əliyev aprelin 26-da bütün ermənilərin katolikosu II Qaregini qəbul edib.

Rəsmi məlumata görüşdə dünya dini liderlərinin və müxtəlif dini konfessiya rəhbərlərinin iştirak etdiyi Bakı sammitinin əhəmiyyəti qeyd olunub, bu tədbirin dinlərarası dialoqun möhkəmlənməsi və dini liderlər arasında təmasların genişlənməsi baxımından önəmi vurğulanıb.

II Qaregin və Moskva və Bütün Rusiyanın Patriarxı Kirill aprelin 26-da Bakıdakı erməni kilsəsinə də baş çəkiblər.

Prezident İlham Əliyevin sərəncamı ilə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill “Şərəf” ordeni ilə təltif edilib.

Bundan başqa, bu gün Bakıda Bakıda Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiyanın patriarxı Kirill və bütün ermənilərin katolikosu II Qaregin arasında üçtərəfli görüş də keçirilib. Bu görüşdən sonra brifinqdə patriarx Kirill əsasən Qarabağ münaqişəsinin həlli yollarının müzakirə olunduğunu deyib. Üç dini lider birgə bəyannamə də imzalayıblar. Kiril bildirib ki, bu sənədin ruhunun siyasi danışıqların atmosferinə də təsir göstərəcəyinə ümidlidir.

Din xadimləri aprelin 26-da Bakıda başlayan ikigünlük Dini Liderlərin Ümumdünya Sammiti üçün Azərbaycan paytaxtına toplaşıblar.

Şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə Bakıya gələn Qafqaz Bütün ermənilərin katolikosu II Qaregin Sammitdə çıxışında bölgədəki problemlərin dinc yollarla, beynəlxalq hüquq və xalqaların hüquqları əsasında həll edilməli olduğunu deyib.

Qaregin Şeyxülislam Allahşükür Paşazadəni də Ermənistana dəvət edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG