Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:19

Braziliya İrana qarşı yeni sanksiyaların ədalətsiz ola biləcəyini deyir


BMT Təhülkəsizlik Şurasının üzvü olan Braziliya İrana qarşı yeni mümkün sanksiyaların “pis nəticəli və ədalətsiz” olacağını bildirir. Bu barədə Braziliyanın Xarici İşlər naziri aprelin 26-da Tehranda rəsmilərlə görüşündə bildirib.

İranın dövlət mediasının xəbərinə görə nazir Celso Amorim İranın nüvə proqramını “dinc məqsədli” adlandırıb və həmin proqramı müdafiə etdiklərini deyib.
Xarici İşlər naziri Tehrana Braziliya prezidenti Luiz Inacio Lula da Silvanın gələn ay Tehrana səfərinə hazırlıq məqsədilə gedib.

ABŞ və Qərb İranın nüvə proqramının silah yaratmaq üçün olduğunu deyərək BMT Təhülkəsizlik Şurasının Tehrana qarşı yeni iqtisadi sanksiyalarının qəbul edilməsinə çalışırlar. İran proqramının dinc məqsədli olmasında israr etsə də bu istiqamətdə Qərblə əməkdaşlıqdan da imtina edir.
XS
SM
MD
LG