Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:23

Akif Nağı: «Qareginin Bakıya səfəri heç nəyi dəyişməyəcək»


Akif Nağı
Akif Nağı
«Bu gün keçirilən dialoqlar o təsəvvürü yaradır ki, Azərbaycanla Ermənistan arasında problem yoxdur».

Bunu Qarabağ Azadlıq Təşkilatının ( QAT) sədri Akif Nağı deyib. «İşdən sonra»da dinlərarası dialoqların Qarabağ münaqişəsinin həllinə təsirlərindən danışılıb.

Akif Nağı hesab edir ki, torpaqlar işğal altında olan dövrdə dialoqa getmək Azərbaycanın maraqlarına cavab vermir:

- Dialoqa dövlət o vaxt gedir ki, yaranmış situasiya buna cavab versin. 70 il ərzində ermənilərin Azərbaycana qarşı ərazi iddiası kilsədə cəmləşib. II Qaregin verdiyi açıqlamada sülh barədə danışıb. Onun Bakıya səfəri heç nəyi dəyişməyəcək. Ermənistanın öz mövqeyindən geri çəkilməsi heç nəyi həll etməyəcək.

Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov isə Akif Nağı ilə razılaşmayıb. O bildirib ki, şeyxin sülh yaratma prosesindəki rolunu dəstəkləyir:

- Son dövrlər bizim şeyximizin sülh yaratma prosesində rolu artıb. Erməni dini icmasının rəhbərinin Azərbaycana səfəri gələcəkdə sülhün təmin olunmasında dini rəhbərliyin fikirləşdiyi yollardan biridir. Hesab etmirəm ki, onu güllə qarşılamalıdırlar. Amma hesab etmirəm də ki, Qareginin gəlişinə qadağa qoyulmalıdır. Bu qadağalar bizi Cənubi Qafqazda gedən proseslərdən uzaqlaşdırır.



/Hazırladı Gülər Qasımova/

HƏMÇİNİN OXU

Dini liderlərin sammitindən Bakı necə yararlana bilər?
XS
SM
MD
LG