Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:50

Neft Fondu 100 milyon dollar sərmayə qoyur


Azərbaycan Respublikası Dövlət Neft Fondu Beynəlxalq Maliyyə Korporasiyasının fonduna 100 milyon dollar məbləğində sərmayə yatıracaq.

Neft Fondunun mətbuat xidmətindən verilən məlumata görə, Beynəlxalq Maliyyə Korporasiyasının Afrika, Latın Amerikası və Karib Fondunda 1 milyard ABŞ dolları həcmində vəsaitin toplanması nəzərdə tutulur:

«Bu vəsaiti BMK-nın Aktivlərin İdarəedilməsi Şirkəti idarə edilcək. Bu isə öz növbəsində ilk dəfə olaraq BMK ilə birgə suveren və təqaüd fondları kimi investorlara özəl səhm şəklində sərmayə yatırmaqla inkişaf edən ölkə bazarlarında imkanların artırılmasına şərait yaradacaqdır».

Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun fikrincə, bu investisiya yatırımı Fondun ölkənin sərvətlərinin qorunması və artırılmasına yönəldilmiş uzunmüddətli strategiyasının qurulmasında mühüm mərhələdir:

«Bu bizim digər mühüm suveren fondlar və beynəlxalq maliyyə qurumları ilə ilk əməkdaşlığımızdır».

Beynəlxalq Maliyyə Korporasiyasını bu yaxınlarda Holland Təqaüd Fondunun meneceri «PGGM», Koreya İnvestisiya Korporasiyası və Səudiyyə Ərəbistanı Fondu birgə yaradıb.
XS
SM
MD
LG