Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 10:18

Almaniya şərtlər aydın olmayınca, Yunanıstana borc verilməsinə razılaşmır


Əgər Afina borclarını azaltmaq üçün etibarlı proqram təqdim etməsə, Almaniya Yunanıstana maliyyə yardımı göstərilməsinə qarşıdır. Bu barədə Almaniyanın Xarici İşlər naziri Guido Vestervelle aprelin 26-da Lüksemburqda səfərdə olarkən deyib:

- Əgər stolun üstünə həddən artıq çox pul atsanız, Yunanıstan ona aid olan işləri lazımi həvəslə görməyəcək. Yunanıstanda görülməli olan ilk iş büdcənin sağlamlaşdırılmasıdır. Hansısa ölkənin səhv işinə görə Avropanın vergiödəyənləri zərər çəkməməlidirlər.

Vestervelle bu barədə Lüksemburqda Avropa Birliyi ölkələrinin Xarici İşlər nazirlərinin toplantısında çıxışında bildirib.

Yunanıstan düşdüyü daxili borclar problemindən qurtarmaq üçün Avropa Birliyi və Beynəlxalq Valyuta Fondundan mümkün qədər tez 60 milyard dollar borc verilməsini xahiş edib. Avropanın ən böyük iqtisadiyyatına sahib olan Almaniyanın Yunanıstana veriləcək borcda payı 8.4 milyard dollar hesablanır.

Almaniyanın maliyyə naziri Wolfgang Schaeuble də bu gün bildirib ki, Yunanıstan Avropa Birliyi və BVF ilə borc danışıqlarını tam başa çatdırmayınca, Almaniya parlamenti bu ölkəyə borc verilməsi məsələsinə baxmayacaq.
XS
SM
MD
LG