Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:23

Çavuşoğlu: «Azərbaycanda siyasi ab-hava müsbətdir»


Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğlu
Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğlu
«Azərbaycanda keçirdiyim görüşlərdə demokratik, azad və ədalətli seçkilərin keçirilməsi ilə bağlı bütün vacib məsələlərə toxunduq. Biz öz tərəfimizdən bunu çox istəyirik. Görüşlərdə parlament seçkilərinin daha şəffaf, daha demokratik və azad şəkildə təşkili istiqamətində Azərbaycan hökumətinin real iradəsini gördük. Azərbaycan hökumətinin nümayəndələri seçkilərin bu formada keçirilməsi üçün bütün lazımi addımları atacaqlarına söz verdilər».

Bunu Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğlu APA-ya bildirib.

Onun Azərbaycana səfəri zamanı müşahidələrinə görə, ölkədə parlament seçkiləri ərəfəsində siyasi ab-hava kifayət qədər müsbətdir.

M. Çavuşoğlu Bakıda siyasi məhbus və həbsdə olan jurnalistlərin məsələsini də müzakirə etdiyini deyib:

«Bu sahədə də müsbət cavab gözləyirəm. Ölkə prezidenti cənab İlham Əliyevlə görüşümdə də bu məsələ haqqında danışdım».

Dağlıq Qarabağa dair AŞ PA-nin alt komitəsinin fəaliyyətinə toxunan M. Çavuşoğlu məsələni bu sessiya çərçivəsində hər iki ölkənin nümayəndə heyətinin başçıları ilə müzakirə edəcəyini açıqlayıb:

«Alt komitənin tərkibi müəyyənləşən kimi, bu komitəyə AŞ PA sədri olaraq şəxsən mən özüm rəhbərlik edəcəyəm».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG