Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:19

Atası Adnan Hacızadə ilə görüşüb


Həbsdəki bloqqer Adnan Hacızadənin atası Hikmət Hacızadə Güzdəkdəki 14 nömrəli cəzaçəkmə müəssisəsində oğlu ilə görüşüb. Bu haqda AzadlıqRadiosuna Hikmət Hacızadə xəbər verib:

«Adnanın səhhəti yaxşıdır, təbii ki, həbsxana şəraitində nə qədər mümkündürsə, o qədər. Xüsusi bir şikayəti yoxdur. Saxlanma şəraiti də başqalarında necədir, onda da o cürdür».

ABŞ-ın Riçmond Universitetinin məzunu, 26 yaşlı gənc bloqqer Adnan Hacızadə xuliqanlıqda ittiham olunub, iki il həbs cəzası alıb. Yaxınları və beynəlxalq ictimaiyyət onun məhz hakimiyyəti tənqid edən ictimai fəaliyyətinə görə həbs olunduğunu bildirir, təcili azad olunmasını istəyirlər. Hakimiyyət rəsmiləri bu arqumenti rədd edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG