Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:20

Hindistanla Əfqanıstan ikitərəfli əlaqələri müzakirə edəcək


Bu gün Hindistanın baş naziri Manhoman Sinqh ilə Əfqanıstan prezidenti Həmid Kərzainin Dehlidə görüşü gözlənilir. Onlar regional sabitlik baxımından mühüm əhəmiyyətə malik ikitərəfli əlaqələri müzakirə edəcəklər.

İki ay əvvəl Kabildə bir intiharçının törətdiyi partlayışda 9 hindli həlak olmuşdu. Hindistan rəsmiləri həmin partlayışa Pakistanda fəaliyyət göstərən Ləşkər-e-Taiba qruplaşmasını günahlandırmışdılar.

Əfqanıstanda bərpa və yardım işində Hindistan böyük paya sahibdir. 2001-ci ildə Taliban devriləndən Dehli bu ölkəyə 1 milyard dollardan çox yardım edib.

XS
SM
MD
LG