Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:54

İranın səyləri nəticə vermir


İranın BMT-nin yeni sanksiyalarından yayınmaq üçün göstərdiyi diplomatik səylər hələ ki, bir nəticə vermir. Avstriyada səfərdə olan İranın xarici işlər naziri Mənuçöhr Mottakiyə bildirilib ki, İranın nüvə proqramı ilə bağlı beynəlxalq narahatlığı aradan qaldırmaq öhdəliyi Tehranın üzərinə düşür.

ABŞ-ın İrana qarşı yeni sanksiyaların tətbiqi üçün göstərdiyi səylərin qarşısını almaq məqsədilə Tehran BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olmayan 15 ölkəsini diplomatik fəaliyyətinin hədəfinə çevirib.

Xarici işlər nazirinin Avstriyaya səfərindən əvvəl isə prezident Mahmud Əhmədinejad Təhlükəsizlik Şurasının başqa bir üzvü olan Uqandaya səfər etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG