Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:36

Bakıda Ümumdünya Din Xadimlərinin Sammiti işinə başlayıb


Bu gün Bakıda Ümumdünya Din Xadimlərinin Sammiti işinə başlayıb. Sammitdə iştirak etmək üçün Erməni Apostol Kilsəsinin rəhbəri Katolikos II Qaregin ilk dəfə Bakıya gələcək.

Qareginin mətbuat xidmətindən verilən məlumata görə, o, Bakıya Şeyxülislam Allahşükür Paşazadənin və Rusiya Ortodoks Kilsəsinin rəhbəri Patriarx Kirillin dəvəti ilə gəlir. Bu üçlük və eləcə də Gürcü Ortodoks Kilsəsinin rəhbəri Patriarx Katolikos II İlya sammit çərçivəsində birgə görüş keçirəcəklər.

Sammitdə bütövlükdə bütün dünyadan 150-dən artıq dini lider iştirak edir.

XS
SM
MD
LG