Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:35
Aprelin 26-sı Bakıda Dini Liderlərin Ümumdünya Sammiti keçirilir. Gülüstan sarayında təşkil edilən tədbirin açılışında Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib ki, bu sammitin Bakıda keçirilməsi olduqca mühüm amildir və Azərbaycanın dünyadakı nüfuzundan xəbər verir.

Azərbaycan prezidenti İlham Əliyev bu sammiti çox böyük əhəmiyyətə mailik hadisə adlandırıb:

«Artıq Bakıda dünya dini liderlərinin görüşləri ənənəvi xarakter alıb. Azərbaycanda əsrlər boyu müxtəlif millətlərin, dinlərin nümayəndələri qardaşlıq şəraitində yaşayıblar. Bu gün bütün dinlərin rəhbərlərinin Azərbaycana gəlməsi mühüm hadisədir. Bu görüşlərin gözəl nəticələri olacaq. Bakının bir növ dinlərarası dialoqun mərkəzinə çevrilməsinə əhəmiyyət veririk. Azərbaycan dinlərarası dialoqun inkişafına öz tövhəsini verir. 20 ilə yaxındır ki, Azərbaycan İslam Konfransı Təşkilatının, 10 ilə yaxındır Avropa Şurasının üzvüdür. Bakı ötən il İslam mədəniyyətinin paytaxtı seçilmişdi. Gün gələcək ki, Bakı Avropa mədəniyyətinin paytaxtı seçiləcək. Əsrlər boyu bütün dinlərin və millətlərin nümayəndələri Azərbaycanda bir yerdə yaşayıb. Ölkəmizdən mindən artıq məscid, 11 kilsə, 6 sinaqoq, fəaliyyət göstərir»./APA/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG