Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:13

Hüquq müdafiəçisi izləndiyini deyir


"Demokratiyanın Müdafiəsinə Kömək» İctimai Birliyinin prezidenti Vidadi İsgəndərovun aprelin 25-də Azadlıq Radiosuna verdiyi məlumata görə, müdafiə etdiyi şəxslə bağlı Göyçaya gedəndən sonra onun qaldığı ev mülki geyimli şəxslər tərəfindən nəzarətə alınıb.

“Qardaşımgilin evindəyəm, dörd avtomobillə bizim evə iki gündür nəzarət edilir. M.Ə. Rəsulzadə küçəsi 61 ünvanda yerləşən ata evimizin hər iki tərəfindəki yol nəzarətə götürülüb. Mən bütün maşınların şəkilini çəkmişəm, əlimdə audio-video görüntülər də var. Mülki paltarda maşınlarda olan adamlar polislərdir, mən və qonşular onları tanıyırlar, post-patrul xidmətinin əməkdaşlarıdır, əllərində silahlar var. Ailəmizdə narahatlıq var”

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə iş günü olmadığından Goyçay rayonunda nə baş verdiyindən xəbərsiz olduğunu bildirib.

Göyçay Rayon Polis İdarəsinin özünü Zaur Cavadov kimi təqdim edən əməkdaşı AzadlıqRadiosunun müxbirinə deyib ki, onlarda iddia edilən izlənmə faktı haqda heç bir məlumat yoxdur. Məsələni araşdırıb məlumat verməyə çalışacaqlar.

Hüquq Müdafiəçisi deyir ki, o, baş verən hadisələrlə bağlı Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar şöbəsinə və mətbuat xidmətinə müraciət edib, amma hələ ki hər hansı bir nəticə yoxdur.

Vidadi İsgəndərov bildirir ki, bu hadisələr rayon polisindən şikayətçi olan sahibkar Qüdrət Zülfüqarovu müdafiə etdiyinə görə baş verir. Hüquq müdafiəçisi polisin rüşvət alma faktını tam sübuta yetirdiyini iddia edir.

Göyçayın Şahsoltanlı kəndindən olan sahibkar iddia edir ki, martın 6-da onu günahsız yerə rayon polis şöbəsinə aparıblar və təxminən 10 saat sonra 3 min manat alıb onu sərbəst buraxıblar.

Rayon polisi və sahibkarın rüşvət almaqda ittiham elədiyi müstəntiq isə deyilənləri qəti təkzib edirlər.

Prezidentə və Milli Təhlükəsizlik Nazirliyinə müraciət edən hüquq müdafiəçisi baş verən hadisələrin tez bir müddətdə araşdırmalasını istəyir.

Vidadi İsgəndərov Nəqliyyat müfəttişlərinin döydüyü Kamaz sürücüsünü, Xaçmaz rayon sakini Mehman Əmirquliyevi müdafiə edib. Həmin sürücü Xaçmaza daş apararkən nəqliyyat müfəttişləri tərəfindən döyülsə də onun özünü həbs eləmişdilər. Amma hüquq müdafiəçi sürücünün döyülməsilə bağlı videonu prokurorluğa təqdim edəndən sonra sürücü azadlığa buraxılıb.

Vidadi İsgəndərov Göyçayda indiyə qədər bir neçə sahibkarın həbsdən azad olunmasına nail olub.

Gen MMC prosesi kimi tanınan məhkəmə prosesi zərərçəkən 300 nəfərdən artıq adamı məhkəmədə müdafiə edir və burda dövlət məmurlarının adı hallanan ciddi korrupsiya hallarından söhbət açılır. Proses hələ davam edir. İttiham olunan Gen MMC rəhbəri Elbrus Əliyev öz ifadələrində idda edir ki, o ev tikmək uchun memurlara 1 milyon manata yaxin rushvet verib.

XS
SM
MD
LG