Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:13

Paulo Koelyo “MİLAD NAĞILI” (Hekayə)


Məşhur qədim bir əfsanədə deyildiyi kimi, bir zamanlar Livanın gözəl meşələrində üç sidr bitmişdi.

Sidrlər, hamıya məlum olduğu kimi, çox-çox asta böyüyürlər, buna görə də bizim üç ağacımız həyatla ölüm, təbiətlə bəşəriyyət barədə düşüncələr içində düz bir əsr keçirdilər.

Onlar Livan torpağına çar Salamonun necə gəldiyini, sonra assuriyalılarla döyüşlərdə bu torpağın necə qana batdığını gördülər.

Onlar iki qəvi düşməni – İezavellə peyğəmbət İlyanı üz-üzə gördülər.

Onların zamanında əlifba yaradıldı; onlar yanlarından rəngbərəng parçalarla yüklənmiş karvanların necə keçib getdiklərinə baxa-baxa heyrətlənirdilər.

Günlərin bir günü sidrlər gələcək barədə danışmağı qət etdilər.

- Gördüyüm hər şeydən sonra, - birinci dedi, - mən Yer üzünün ən qüdrətli çarının oturacağı taxta dönmək istəyirəm.

- Mənsə, əbədi olaraq şəri xeyirə çevirəcək bir şeyin bir hissəsi olmaq istəyirəm, - ikinci dedi.

- Mənə qalandasa, - üçüncü dedi, - istəyərdim ki, adamlar hər dəfə məni görəndə Allahı yadlarına salsınlar.

Uzun-uzun illər ötdü, budu, nəhayət ki, meşədə ağackəsənlər göründülər. Onlar sidrləri kəsib doğradılar.

Hər sidrin özünün müqəddəs arzusu vardı, amma reallıq heç vaxt bizdən nəyi arzuladığımızı soruşmur.

Birinci sidr daxma oldu, onun taxtalarının qalıqlarındansa körpələr üçün yer düzəltdilər.

İkinci ağacdan kobud kənd stolu düzəltdilər, onu da sonradan mebel alverçisinə satdılar.

Üçüncü ağacın tirini sata bilmədilər. Ondan taxtalar çəkib böyük şəhərin anbarında saxladılar.

Hər üç sidr acı-acı şikayətləndi: “Bizim taxtalarımız elə gözəliydi ki! Amma heç kəs ondan layiqincə istifadə edə bilmədi”.

Vaxt keçirdi, budu, bir dəfə ulduzlu bir gecədə evsiz bir ər-arvad birinci sidrin taxtasından tikilmiş daxmada gecələməyi qərara aldılar.

Arvad hamiləydi. Həmin gecə o, oğlan uşağı doğdu, onu körpə üçün düzəldilmiş yerə, yumşaq samanın üstünə qoydu.

Elə həmin məqamda da birinci sidr başa düşdü ki, arzusuna çatıb: o, Yer üzünün ən böyük çarına dayaq oldu.

Bir neçə ildən sonra kasıb bir kənd evində adamlar ikinci sidrin taxtasından düzəldilmiş stolun arxasında oturdular.

Yeməyə başlamazdan qabaq onlardan biri stolun üstündəki çörəklə şərab üzərində bir neçə söz dedi.

Həmin məqamda ikinci sidr başa düşdü ki, bu anda o, şərab dolu piyaləyə, çörək dolu tabağa yox, həm də insanla Allah arasında ittifaqa dayaq oldu.

Sonrakı gün üçüncü ağacın iki taxtasından xaç düzəltdilər. Bir neçə saatdan sonra yaralı adam gətirib onu xaça mismarladılar. Üçüncü sidr öz taleyindən dəhşətə gəldi, bəxtinə lənət yağdırmağa başladı.

Amma üç gün də keçmədi ki, o, qismətinə düşəni anladı: xaçdan asılan adam Dünyanın Nuru oldu. Bu sidrin taxtasından düzəldilmiş xaç cəza alətindən zəfər rəmzinə çevrildi.

Üç Livan sidrinin arzusu belə yerinə yetdi: arzular həmişə belə olur, onların arzuları həyata keçdi, amma heç də tamam fikirləşdikləri kimi olmadı.

Tərcümə: Nəriman Əbdürrəhmanlı
"Novella və hekayələr" tərcümə toplusundan

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG