Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:38

Bakıda 50-dək gənc aksiya təşkil edib


"Avatar" - dan bir səhnə
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00
Direct-ə keçid

Bir qrup gənc Natavan heykəlinin qarşısında «Avatar» filmindən bir səhnəni canlandırıblar.

FLASHMOB - Azərbaycan qrupu səhnələşdirilmiş aksiyası insanları monoton həyata qarşı çağırış mahiyyəti daşıyıb

Aprelin 25-də Bakıda FLASHMOB -Azərbaycan qrupu səhnələşdirilmiş aksiya təşkil edib.

İştirakçılar Natavan heykəlinin qarşısında «Avatar» filmindən bir səhnəni canlandırıblar. Ssenariyə görə, təyin olunmuş vaxtda insanların çox olduğu bir yerdə bir nəfər peyda olub və onun ətrafına digər aksiya iştirakçıları yığılıb, daha sonra hamısı əllərini bir-birinin çiyninə qoyub. Birdən-birə hamısı əllərini qaldırıb və heç nə olmamış kimi hərəsi bir tərəfə dağılıb.

Cəmi 5 dəqiqə çəkən aksiyaya onlarla toplaşmışdı.

Ətrafda polis gözə dəysə də, aksiyaya müdaxilə etməyib.

Tədbir iştirakçılarından Samir Qədirov deyir ki, bu aksiya sırf əyləncə mahiyyəti daşıyıb. Onun dediyinə görə, aksiya ilə ötürmək istədikləri mesaj monoton həyata qarşı çağırışdır.

Flaşmob – improvizə edilmiş, kollektiv bir oyun növüdür. Bu oyunun əsas məqsədi ətrafdakıların diqqətini absurd və qeyri-adi hərəkətlərlə cəlb etməkdir. Belə aksiyalar internetdə, sosial şəbəklər tərəfindən təşkil edilir.

"FLASHMOB - Azərbaycan" isə internetdə yaradılan qrupdur.


XS
SM
MD
LG