Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:32

Vyanada İranın nüvə proqramı müzakirə olunacaq


Bu gün Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin yeni rəhbəri Yukiya Amano ilə İranınxarici işlər naziri Manuçöhr Mottaki arasında görüş keçirilir.

Tərəflər İranın nüvə obyekti üçün yanacağın İranda yox, xaricdə istehsal edilməsi ilə bağlı beynəlxalq layihəni müzakirə edəcəklər.

Tehran bundan əvvəl Layihənin şərtlərinin onu qane etmədiyini bildirmişdi.

Bir sıra qərb ölkələri İrana qarşı yeni sanksiyalar tətbiq edilməsini təkid edirlər.

Beynəlxalq aləm hesab edir ki, İran zənginləşdirilmiş urandan nüvə silahının istehsalında da istifadə edə bilər.

Tehran isə nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG