Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:08

Mehdi Karrubinin evində axtarış aparılıb


İran müxalifətinin liderlərindən biri Mehdi Karubinin həyat yoldaşı ailəsinin təhlükə altında olduğunu deyir.

Fatimə Karrubi bildirib ki, əgər onun ailə üzvlərindən birinin başına bir iş gəlsə buna görə mövcud rejim cavabdehlik daşıyacaq.

Fatimə Karrubinin sözlərinə görə onlar evdə olmayanda silahlı adamlar evə soxularaq axtarış aparıblar.

O ötən ay da belə bir hal baş verdiyini deyir.

Prezidentliyə keçmiş namizəd Mehdi Karrubi mübahisəli seçkilərdən sonra ölkədə keçirilmiş etiraz nümayişlərinin təşkilatçılarından biridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG