Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:15

Timoşenko müxalifəti birləşməyə çağırıb


Dünən Ukrayna parlamentinin qarşısında Krımdakı Rusiya donanmasının müddətinin daha 25 il uzadılmasına etiraz olaraq aksiya keçirilib.

Aksiyada minlərlə adam iştirak edib.

Keçmiş baş nazir Yuliya Timoşenko aksiyada çıxış edərkən müxalifətdə olan bütün qüvvələri bu məsələ ətrafında birləşməyə çağırıb.

Müxalifət qazın qiymətinin ucuzlaşdırılması əvəzində Sevastopoldakı Rusiya bazasının müddətinin uzadılmasını qəbuledilməz sayır, bunun ölkə konstitusiyasına zidd olduğunu deyir.

Həmçinin baş nazirin iqtisadi məsələlər üzrə müavini Sergey Tiqipko bu razılaşmaya görə prezident Viktor Yanukoviçi tənqid edib.

O, Associated Press agentliyinə müsahibəsində bildirib ki, Yanukoviç onu bağlı qapılar arxasında imzalamamlı, danışıqların gedişi barədə əvvəlcədən məlumat verməliydi.

Günün bütün mövzuları

XS
SM
MD
LG