Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:52

Mayda Yunanıstana ilk yardım paketi veriləcək


Beynəlxalq Valyuta Fondu ilə Dünya Bankı Vaşinqtonda Yunanıstana maliyyə yaqrdımı məsələsini müzakirə ediblər.

Artıq mayın əvvəllərində Yunanıstana ilk yardım paketi verilə bilər.

Ümumi məbləğ 53 milyard dollardan artıqdır.

Bunun 40 milyardını Avropa Birliyi, 13,4 milyardını isə Beynəlxalq Valyuta Fondu verəcək.

Avropa və beynəlxalq maliyyə təşkilatları Yunanıstanın hakim dairələrini avro zonasının standartlarına əməl edilməsi üçün qəti tədbirlər görməyə çağırıblar.

Beynəlxalq Valyuta Fondu bəyan edib ki, artıq qlobal iqtisadi böhrandan çıxmağın əlamətləri görünsə də hələ qarşıda görüləsi çox işlər durur.
XS
SM
MD
LG