Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 09:59

«Gənclər Vəkillər Kollegiyasına üzv olmaq istəmirlər»


Rəşid Hacılı
Rəşid Hacılı
«Son 7 ildə jurnalistlərə qarşı 350 fiziki basqı olub. Bunlardan yalnız 3-ü ilə bağlı normal araşdırma aparılıb, qarşı tərəf cəzalandırılıb. Qalan hallarda ya ümumiyyətlə araşdırma aparılmayıb, ya da araşdırma birtərəfli olub».

Bunu Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı aprelin 24-də Azərbaycan Hüquqşünasları Forumunun (AHF) üzvlərinin 3-cü Ümumi Yığıncağında deyib.

R.Hacılı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Eynulla Fətullayev barədə verdiyi qərara münasibətini bildirib, bu qərar «adi qərar deyil» deyib:

«Çox sərt qərardır, adi qərar deyil. Yaxşı bəs hansı qərar olmalı idi? Əslində o, cinayət cəzası almamalı idi və bunu Avropa Məhkəməsinin hakimi də təsdiq edirsə, bundan sonra onun həbsdə qalması nə deməkdir? Onun bir saat belə həbsdə qalması ədalətsizlikdir. Eynulla Fətullayev kimi məsələlərdə hökumət ən azından Avropa Məhkəməsi ilə əməkdaşlıq etməlidir, hadisənin belə şəkil almasına özü yol verməməlidir. Avropa Məhkəməsi ilə çəkişməyin nə mənası var? Olmazmı biz onunla əməkdaşlıq edək?».

AHF-nin Təşkilat Komitəsinin üzvü İntiqam Əliyev isə öz növbəsində bildirib ki, Vəkillər Kollegiyası, vəkillər müstəqil olmalıdır:

«Vəkil öz fikrini dediyinə görə Vəkillər Kollegiyasından çıxarılırsa, bu, biabırçı bir haldır. Vəkillər Kollegiyasının sıralarına üzv olmaq üçün müraciət edənlərin sayı azalıb. 3-4 dəfə imtahanların vaxtını artırırlar, gənclər ora ərizə vermək istəmirlər. Çünki avtoritar üsullarla idarə olunan bir quruma, qorxu, məddahlıq mühiti yaradılan, müstəqil olmayan bir quruma üzv olmaq istəmirlər. Amma digər tərəfdən, biz ora üzv olmalıyıq ki, mühit dəyişsin».

İ.Əliyev deyib ki, hökumət qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq üçün şərt qoyur, hökumət əməkdaşlıqdan qaçır.

İntiqam Əliyev
Prezident Administrasiyasının rəsmisi Yusif Hüseynov isə cavabında bildirib ki, bu kimi fikirlərin əsası yoxdur, hökumət vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etməyə hazırdır:

«Dövlət niyə şərt qoymalıdır? İttiham etmək asandır. Gəlin, bu problemləri müəyyən edək və onların həlli yollarını tapaq. Bir yerdə işləyək. Hər hansı qanun layihəsinə dəyişiklik edilməlidirsə, müraciət edin, baxaq. Ancaq əsaslandırın».

AHF-nın 3-cü Ümumi Yığıncağında iştirak edən ATƏT-in Bakı Ofisinin şöbə rəhbəri Monika Martinez isə bildirib ki, ATƏT Azərbaycanda hüquq və məhkəmə islahatlarını dəstəkləməkdə davam edir:

«Bir neçə aydan sonra «Məhkəmələrin monitorinqi-2009» hesabatımızı təqdim edəcəyik. 2008-ci il hesabatlı ilə müqayisədə bəzi irəliləyişlər olsa da, bir çox sahədə xeyli nöqsanlar var. Məhkəmə müstəqilliyi, eyni zamanda tərəflərin hüquq bərabərliyi problem olaraq qalır. Çünki vəkillər və vəkillər institutu çox zəifdir».

AHF 2003-cü il mayın 24-də təsis olunub. Qurumun 500-ə qədər fərdi üzvü var və öz sıralarında 30-a yaxın təşkilatı birləşdirir.

Forumun əsas məqsədi hüquqşünasların qüvvəsini cəmiyyətin daha da demokratikləşdirilməsi və hüquqi dövlətin formalaşdırılmasına səfərbər etməkdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG