Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:50

Ukraynada parlamentin iclası pozulub


Ukraynada Ali radanın növbədənkənar sesiyasi pozulub.

Müxalifət Krımdakı Rusiya donanmasının müddətinin uzadılmasıyla bağlı Kiyevlə Moskva arasında imzalanmış razılaşmanın müzakirəyə çıxarılmasını istəyib.

Razılaşmanın tərəfdarları və əlehdarları parlament binasının qarşısına yığışıb.

Azadlıq Radiosunun müxbiri xəbər verir ki, keçmiş baş nazir Yuliya Timoşenkonun bloku və digər müxalifət partiyasından olan fraksiyanın deputatları iclas zalına keçə bilməyiblər.

Müxalifət qazın qiymətinin ucuzlaşdırılması əvəzində Sevastopoldakı Rusiya bazasının müddətinin uzadılmasını qəbuledilməz sayır, bunun ölkə konstitusiyasına zidd olduğunu deyir.

Həmçinin baş nazirin iqtisadi məsələlər üzrə müavini Sergey Tiqipko bu razılaşmaya görə prezident Viktor Yanukoviçi tənqid edib.

O Associated Press agentliyinə müsahibəsində bildirib ki, bu razılaşma iqtisadi cəhətdən məqsədəuyğun olsa da, Yanukoviç daha açıq hərəkət etməli və danışıqlar barədə əvvəlcədən məlumat verməliydi.

Günün bütün mövzuları

XS
SM
MD
LG