Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:32

ARDNŞ-i Bakıda 3 yanacaqdoldurma məntəqəsi açır


Azərbaycan Dövlət Neft Şirkəti mayın 7-də Bakıda ilk üç yanacaqdoldurma məntəqəsi açacaq.

Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin pezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, ilin sonunadək daha 9 belə məntəqə istifadəyə veriləcək.

Hazırda ARDNŞ –nin Gürcüstanda 30-dan çox yanacaqdoldurma stansiyası var.

Bu il daha 30 stansiyanın istifadəyə verilməsi nəzərdə tutulub.

2011-ci ilədək isə şirkət daha 26 məntəqənin açılmasını planlaşdırır.

Dövlət Neft Şirkəti Ukraynanın pərakəndə neft məhsulları bazarında da fəaliyyətini genişləndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG