Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:26

Müfti onu oğurlayanlarla dil tapıb azadlığa çıxdı


Qırğızıstan polisi insan oğrularının əlindən qaçmış Bişkek müftisinin xəstəxanada olduğunu bildirir. Bişkekin polis rəisi vəzifəsini icra edən Turatbek Madılbekov deyib ki, müfti Muratalı Hacı Cimanı dörd maskalı adam Bişkekin yaxınlığındakı Baytik kəndində oğurlayıblar.

Amma hələlik din xadiminin nə vaxt oğurlandığı məlum deyil. Onlar müftinin azad edilməsi üçün ailəsindən bir milyon dollar pul tələb edirdilər. Oğrular müftini aprelin 22-ə qədər saxlayıblar.

Polis 37 yaşlı müftini onu saxlayanlarla dil taparaq azadlığa buraxılmasına nail olduğunu, hazırda xəstəxanada müalicə edildiyini bildirib. Amma müftinin necə və hansı şərtlə azad edildiyi haqqında ətraflı məlumat verilmir. Polis bu hadisə ilə bağlı araşdırma aparır və insan oğrularının həbsinə çalışdığını bildirir.
XS
SM
MD
LG