Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:54

Vilayət parlamentləri prezident Yanukoviçə etibadsızlıq qərarları qəbul ediblər


Ukraynaın qərbində Lvov vilayətinin parlamenti aprelin 23-də ölkə prezidenti Viktor Yanukoviçin impiçment qaydasında vəzifəsindən kənarlaşdırılmasına çağıran qərar qəbul edib. Qərarda deyilir ki, prezident Yanukoviç Rusiya dəniz donanmasının 2042-ci ilə qədər Ukrayna ərazisində qalmasına razılıq verməklə dövlətin maraqlarına zidd addım atıb.

Lvova qonşu olan Ternopil vilayətinin parlamenti də eyni məzmunda qərar qəbul edib. Bu parlament Yanukoviçin Rusiya hərbi donanması barədə qərarını “utanc verici məğlubiyyət” adlandırıb.

Ukraynanın Qərb yönümlü müxalifəti də həmin qərara görə aprelin 24-də Kiyevdə parlamentin binası qarşısında mitinq keçirməyə çağırıb.

Moskva ilə Kiyev aprelin 21-də Rusiyanın Qara Dənizdəki hərbi donanmasının 2042-ci ilə qədər Ukraynanın Krımdakı limanlarında qalmasına dair razılaşma imzalayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG