Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:26

«Oxuyaq inkişaf edək»


«Oxuyaq inkişaf edək»
«Oxuyaq inkişaf edək»
«Gənclər ekstremal şəraitlərdə kitab oxuya bilər»

Bunu «Facebook» sosial şəbəkəsində «Oxuyaq inkişaf edək» qrupunun yaradıcısı Mahmud Nəsirov deyib. Verilişdə gənclərin təşkil etdikləri «oxumaq» aksiyasından danışılıb.

Mahmud Nəsirov aprelin 24-də keçirəcəkləri aksiya barədə məlumat verib:

- Biz sabah 12 radələrinə aksiya planlaşdırmışıq. Bu müddət ərzində hər kəs özü ilə gətirdiyi kitabı oxuyacaq. 11:30–dan etibarən Hüseyn Cavid heykəlinin ətrafında toplaşacağıq. Və bir saat ərzində kitab oxuyacağıq. Bununla da ictimaiyyətə hər yerdə kitab oxumanın mümkün olduğunu göstərmək istəyirik.

Mahmud Nəsirov deyir ki, bu aksiyanın davamlı keçiriləcəyini düşünür:

- Biz bu tədbirləri Bakının hər yerində, avtobusda, gənclərin toplaşdığı çay evlərində, universitet həyətlərində keçirməyi planlaşdırırıq.



/Hazırladı Gülər Qasımova/
XS
SM
MD
LG