Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:00

Gürcüstanın bir neçə müxalifət lideri Moskvaya gedib


Moskvada səfərdə olan müxalifət liderlərindən biri, Xalq Partiyasının sədri Koba Davitaşvili (öndə)

Moskvada səfərdə olan müxalifət liderlərindən biri, Xalq Partiyasının sədri Koba Davitaşvili (öndə)

Gürcüstanın iki müxalifət partiyasının liderləri Moskvaya gedib. Onlar separatçı Cənubi Osetiya və Abxaziya regionları ilə bağlı problemləri müzakirə etdiklərini bildiriblər.

Xalq Partiyasının lideri Koba Davitaşvili və Mühafizəkarlar Partiyasının sədri Kaxa Kukava moskvaya aprelin 22-də gedib. Bu partiyalar altı siyasi təşkilatı birləşdirən müxalifətin Milli Şurasına daxildirlər. Onlar bildiriblər ki, aprelin 26 və 27-də Rusiya Dövlət Dumasında siyasətçilər, müxalifətdən olan deputatlarla, həmçinin jurnalistlər və bu ölkədki gürcü diasporunun nümayəndləri ilə görüşəcəklər.

Davitaşvili jurnalistlərə deyib ki, onlar Moskvada ölkənin ərazi bütövlüyünün bərpa edilməsi yollarını müzakirə edirlər. O, bildirib ki, burada ölkədaxili siyasi problemlər gündəlikdə deyil, sadəcə olaraq Rusiyada Gürcüstan üçün lobbi formalaşdırmağa çalışırlar. Davitaşvili Rusiyanın baş naziri Vladimir Putin və prezidenti Dmitri Medvedevlə görüşlərinin planlaşdırılmadığını deyib.

Koba Davitaşvili və Kaxa Kukava Sankt-Peterburqda Gürcüstan Diaspora Forumuna da qatılacaqlar.

2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında qısamüddətli müharibədən sonra Moskva Gürcüstanın adı çəkilən iki separatçı bölgəsini müstəqil dövlət kimi tanıyıb. Həmin hadisədən sonra bir neçə başqa müxalifət liderləri də Moskvaya səfər ediblər.

Gürcüstanın keçmiş baş naziri və hazırda müxalifət lideri olan Zurab Noğaideli bir neçə də Rusiya paytaxtına səfər edib. O, bildirib ki, may ayında daha bir dəfə Rusiyaya gedərək Tbilisi ilə Moskva arasında təyyarə reyslərinin bərpa edilməsinə çalışacaq.

Martın əvvəlində Moskvada olan Gürcüstan parlamentinin keçmiş spikeri və hazırda müxalifətin liderlərindən olan Nino Burcanadze də Rusiya rəsmiləri ilə “Gürcüstan üçün çox önəmli olan bəzi məsələlər”i müzakirə etdiyini deyib.

Gürcüstan hakimiyyəti Koba Davitaşvili və Kaxa Kukavanın indiki səfərini vətənpərvərliyə sığmayan addım adlandırıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG