Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:19

Bax, ekologiya budur!


Hüseynqulu Bağırov
Hüseynqulu Bağırov
«Ümumiyyətlə dənizin suyu təmizdir. Neft sənayesi daha yeni texnologiyalara keçib, ənənəvi texnologiyalar azalıb, nəticədə bizim köhnə dəniz mədənlərimizdən başqa neft sənayesində çirkləndirən amil qalmayıb».

Bu fikirləri Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov aprelin 23-də Yeni Azərbaycan Partiyasında keçirdiyi mətbuat konfransında deyib. Nazirin sözlərinə görə, Abşeron yarımadasından Xəzər dənizinə axıdılan çirkab suların qarşısı təxminən 90 faiz azaldılıb.

H.Bağırova görə, ötən illərlə müqayisədə Azərbaycan Xəzər dənizini az çirkləndirir. Onun sözlərinə görə, Xəzər dənizi ən çox Rusiya, Qazaxıstan və İran tərəfdən çirkləndirilir:

«Xəzər dənizinin suyunun 75 faizini Volqa gətirir, Rusiyada da sənaye baxımdan ən çox inkişaf etmiş 70-80 milyon əhalinin yaşadığı ərazilərdən suyu da, çirkabı da bu çay gətirir. Bundan başqa, Ural çayı nüvə texnologiyalarının və qapalı şəhərlərin tullantılarını Xəzərə gətirir, ikincisi, Qazaxıstanın su altında qalmış neft neft yataqları yaxşı konservasiya olunmayıb, bu baxımdan suitilər daha çox orda tələf olur. Üçüncüsü, Xəzərin sahilində ən çox əhali yaşayan ölkə İrandır. Xəzərin İran sahilində 15-17 milyon əhali yaşayır, özü də heç bir şəhərin, məntəqəsinin təmizləyici qurğusu yoxdur. Xəzəri çirkləndirən bir mənbə də Kür çayıdır. Ermənistanın, Gürcüstanın sənaye və məişət çirkabları bu çaya axıdılır və o da Xəzər dənizinə gəlib çıxır».

Ekologiya və Təbii Sərvətlər naziri hesab edir ki, dənizin ekoloji vəziyyətilə bağlı ölkələr arasında razılaşdırılmış münasibət olmadıqca, Xəzərin ekologiyasının təmizliyilə bağlı lazım olan vəziyyət
Mais Güləliyev (sağda)
yaranmayacaq.

XƏZƏR GÖZ QABAĞINDADIR

Azərbaycan Yaşıllar Partiyasının həmsədri Mais Güləliyev belə çirklənmənin qarşısının nazirin dediyi qədər alınmasına şübhə ilə yanaşır:

«Bu fikrin yalan olmasını sübut eləməyə heç ehtiyac da yoxdur. Xəzər göz qabağındadır. Bu dənizin neftlə necə çirkləndiyi kifayət qədər hamıya məlumdur, çimərliklər hansı vəziyyətdədir, o da məlumdur. Əgər Xəzərin çirklənməsinin qarşısı alınsaydı, onda balıqçılıq təsərrüfatlarının nəticələri göz qabağında olardı. Konkret olaraq son vaxtlar elmi əsaslara söykənən elə bir monitorinq, kütləvi iş aparılmayıb, belə olan halda hansı 90 faiz çirklənmənin qarşısını almaqdan danışmaq olar».

Mais Güləliyev hesab edir ki, hələ elə bir infrastruktur da yaradılmayıb ki, nazirin dediyi təmizlənmə səviyyəsindən danışmağa imkan versin.

ÇİRKAB SULARIN QARŞISI HEÇ 20 FAİZ DƏ ALINMAYIB

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı da Abşeron yarımadasında Xəzərə axıdılan çirkab sularının qarşısının 90 faiz alınmasıyla bağlı nazirin fikirlərilə razılaşmır. Deyir ki, o bu məlumata şübhə ilə yanaşır:

Mirvari Qəhrəmanlı
«İdarə və müəssisələrdən daxil olmuş arayışlar reallıq əsasında yoxlanılsa, məlum olacaq ki, dənizə axıdılan çirkab suların qarşısı heç 20 faiz də alınmayıb».

M.Qəhrəmanlının sözlərinə görə, onlar Xəzər dənizinin yaxınlığında yerləşən Azəri-Yod zavodunun fəaliyyətilə bağlı monitorinqi yenicə başa vurublar və heç də ürəkaçan nəticə üzə çıxmayıb:

«Orda gördüklərimizdən dəhşətə gəldik. Neftçalanın Mirqurbanlı kəndində zavodun bütün radiasiyalı çirkab suları gedir dənizə».

Mirvari Qəhrəmanlı deyir ki, bundan başqa, dənizdəki köhnə neft çıxarma avadanlıqlarından dənizə xeyli neft sızmaları olur.

DƏNİZDƏ BALIQLAR YOXA ÇIXIB, BAX EKOLOGİYA BUDUR


Xəzər dənizinin sahilində yaşayanların dənizin ekoloji vəziyyətinə münasibəti nazirlik və ekspertlərin yanaşmalarından xeyli fərqlənir:

«Dəniz qırağında həmişə balıqlar olardı, sahildə oynayanda xırda balıqları görərdik, amma indi əliçıraqlı gəzsən dəniz sahilində bir dənə balıq tapa bilməzsən. Bax ekologiya budur!»
XS
SM
MD
LG