Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:21

NATO Əfqanıstandan çıxmaq üçün şərtləri təsdiq etdi


NATO ölkələri Xarici İşlər nazirləri Əfqanıstanda təhlükəsizliyə nəzarətin yerli əfqan qüvvələrinə verilməsinə dair şərtləri razılaşdırıb. Bu barədə nazirlər aprelin 23-də Estoniyanın paytaxtı Tallində keçirilən görüşdə qərar qəbul edilib.

NATO-nun baş katibi Anders Fogh Rasmussen bildirib ki, onlar Əfqanıstanda müharibənin başa çatdırılması istiqamətində çox ciddi uğurlar əldə ediblər. Amma Əfqanəstan ordusunun təlimləndirilməsində hələ də bəzi çatışmazlıqlar qalır.

NATO və ABŞ öz qoşunlarını 2011-ci ilin yayında geri Əfqanıstandan çıxarmağı planlaşdırır.

Xarici İşlər nazirləri iclasda Bosniyaya üzvlüklə bağlı fəaliyyət planı təklif edib. Amma təklifə bəzi şərtlər də əlavə edilib.
XS
SM
MD
LG