Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:19

Yunanıstan borcu tez istəyir


Yuanınstanın baş naziri Avropa Birliyi və Beynəlxalq Valyuta Fondundan vəd edilmiş iqtisadiyyatın dirçəldilməsinə borcun verilməsini tezləşdirməyi xahiş edib. Televiziya ilə çıxışında baş nazir George Papandreou bildirib ki, hazırda onların 60 milyard dollar pula təcili ehtiyacları var.

Aprelin 22-də Avropa Birliyinin bəzi rəsmiləri bildiriblər ki, Yunanınstanın 2009-cu ilə aid büdcə borcları əvvəl düşünüldüyündən daha artıq imiş.

Yunanıstan iqtisadiyyatında yaranan daxili borclar böhranından çıxmaq üçün Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu yardım etmək qərarına gəlib. Çünki Yunanıstanın vəziyyəti 16 ölkənin müştərək valyutavalyutası olan avro üçün də təhlükə yaradırdı.

Beynəlxalq Valyuta Fondunun direktoru bildirib ki, Yunanıstanın xahişi mümkün qədər sürətlə nəzərdən keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG