Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:07

Varlı ölkələr iqlim dəyişikliyinə görə pul ödəməlidir


İqlim dəyişikliyin doğurduğu fəsadları aradan qaldırmaq üçün varlı dövlətlərdən və transmilli şirkətlərdən hər il 300 milyard dollar məbləğində kompensasiya tələb olunmalıdır. Bu təklif Boliviyada iqlim dəyişikliyinə həsr olunmuş konfransda səslənib.

Boliviya prezidentinin rəhbərlik etdiyi konfransda müxtəlif ölkələrdən minlərlə sosial fəal və rəsmilər iştirak edirlər. Konfransda həmçinin beynəlxalq iqlim məhkəməsi təsis etmək və atmosferə buraxılan istixana effektli qazların həcmini azaltmayan dövlətləri cəzalandırmaq təklif olunub.

XS
SM
MD
LG