Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:09

Bütün ermənilərin katalikosu II Qaregin Bakıya gəlir


Bütün ermənilərin katalikosu II Qaregin dünyanın dini liderlərinin ikinci sammitində iştirak etmək üçün Bakıya gələcək. “Novosti-Armenia”nın Eçmiədzin kilsəsinin mətbuat xidmətnə istinadən yaydığı məlumata görə, o Bakıya aprelin 26-da gələcək.

Məlumatlara görə səfər çərçivəsində Azərbaycan, Rusiya,Gürcüstan və Ermənistanın dini liderləri arasında dörd tərəfli görüş də nəzərdə tutulub.

Amma səfər zamanı Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə ilə II Qaregin arasında ayrıca görüş olacağı hələlik bəlli deyil.

II Qaregini səfər zamanı Eçmiədzin kilsəsinin kilsələrarası münasibətlər üzrə nümayəndəsi, arxiyepiskop Eznik Petrosyan və kilsələrarası münasibətlər dəftərxanasının rəhbəri, dyakon Vaqram Melikyan müşayiət edəcək.

Aprelin 27-29-da Bakıda dünya dini liderlərinin sammiti keçiriləcək.

Sammitə 150-yə qədər dini xadim dəvət olunub.

ədbirdə əsasən dünyada din və dinlərarası vəziyyət müzakirə olunacaq.
XS
SM
MD
LG