Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 00:54

İnternetin lisenziyalaşdırılması hansı yollarla həyata keçiriləcək?


Ələsgər Məmmədli
Ələsgər Məmmədli
«İnternet televiziyaların lisenziyalaşdırılması ifadə və söz azadlığını pozur».

Hüquqşünas Ələsgər Məmmədli belə hesab edir. Aprelin 22-də «İşdən sonra»da internet televiziyaları lisenziyalaşdırma cəhdinin arxasında duran məqamlardan danışılıb.

Ə.Məmmədli deyir ki, bu istiqamətdə səslənən fikirlər ifadə və informasiya azadlığının sərhəddini bilməməkdən qaynaqlanır:

- Burada hər hansı icazə sistemi və ya lisenziyalaşdırmadan söhbət gedə bilməz. Bu, insan hüquqlarına məhdudiyyət gətirir. İnternetin lisenziyalaşdırılması bizim cəmiyyət üçün zəruri deyil.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə bildirib ki, elektron media cəmiyyəti doğru yöndə istiqamətləndirməsə, bunun ciddi fəsadları ola bilər:

- Bütün həyat və şəraitimizi virtual aləmdə keçiririksə və bu tənzimlənmirsə, xaos, anarxiyaya gətirib çıxarır. Biz o fikirdə deyilik ki, tənzimlənməni Televiziya və Radio Şurası həyata keçirsin. Digər vasitələrlə, Rabitə Nazirliyi və başqa yollarla bunu tənzimlənməsinə ehtiyac olduğunu düşünürəm.



/Hazırladı Gülər Qasımova/

HƏMÇİNİN OXU:

İnternet TV-lərə lisenziya?
XS
SM
MD
LG