Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:20

Yazıq Amerika şairləri…


İndi bir çox Qərb ölkələrində belə bir sual səslənməkdədir. Poeziya öldümü? Xüsusən də Amerikada...

Aprel ayı Amerikada - şairlərin ayıdır. Amerikanın Şairlər Akademiyasının təşəbbüsü ilə 1996-cı ildən bəri keçirilən Milli Poeziya Aylığının məqsədi ölkədə şeirə marağı artırmaqdır.

Poeziya aylığını vaxtilə prezident Bill Klinton və onun xanımı Hillari Klinton da dəstəkləyib. 1998-ci il aprelin 22-də onlar Ağ evdə qəbul də təşkil ediblər. Qəbulda Robert Pinski, Robert Hass, Rita Dav kimi tanınmış Amerika şairləri də iştirak ediblər.

2001-ci ildə Şairlər Akademiyası aylıq çərçivəsində ictimai rəy sorğusu keçirib:

Hansı Amerika şairinin şəklinin poçt markası üzərində olmasını istərdiniz?

10 min nəfərin iştirak etdiyi sorğuda Ceyms Mörser Lenqston Hyuz (1902-1967) birincilik qazanıb. Sorğunun nəticələri Amerika Poçt Xidmətinə göndərilib və 2002-ci ildə Lenqston Hyuzun şəkli olan marka buraxılıb.

2005-ci il aprelin 5-də Nyu-Yorkun ən məşhur göydələnlərindən biri - 102 mərtəbəli “Empire State Building” mavi işıqlarla “bəzədilib”. Bununla Milli Poeziya Aylığının 10 illiiyi qeyd edilib.

Poeziya aylığının əsas tədbirləri - şairlərin oxucularla keçirdikləri görüşlər, onlara şeir oxumalarıdır. Belə görüşlər əsasən universitetlərdə, kitabxanalarda təşkil edilir.

Ən əsası isə hər ilin aprelində Amerika şairlərinin yüz minlərlə şeir kitabı ölkə boyu küçə və meydanlarda pulsuz paylanır.

Artıq ikinci ildir ki, apreldə bəzi şairlər öz əsərlərini İnternetdəki Twitter sosial şəbəkəsinə də yerləşdirirlər.

2002-ci ildən bəri Amerika Şairlər Akademiyası aylığa maliyyə dəstəyi üçün “Poeziya və Yaradıcı Düşüncə” adlanan təntənəli tədbir keçirir.

Tədbirə tanınmış sənətkarlar, alimlər, ictimai xadimlər dəvət edilir.

Onlar səhnədə tanınmış şairlərin şeirlərini deyirlər. Tədbiri iki dəfə Oskar mükafatı almış Hollivud ulduzu Meril Strip aparır.

Çarlz Bernşteyn
Amma poeziya aylığına heç Amerika şairlərinin öz arasında da birmənalı münasibət yoxdur.

Məsələn Çarlz Bernşteyn və Riçard Hovard kimi tanınmış şairlər düşünür ki, aylıq sənəti bayağılaşdırır, cəmi bir neçə həftə ərzində insanlara o qədər pulsuz kitab paylanır ki, oxucuları “şeir içində boğur”.

Bernşteyn deyir ki, meydanlara çıxmaqla şairlər sanki onlar haqda alçaldıcı iddiaların yenidən səslənməsinə şərait yaradırlar.

Həmin iddialar isə ondan ibarətdir ki, yazıçılardan fərqli olaraq şairlərin kitabları özünü doğrultmur və Amerika xalqının böyük hissəsinin diqqətini cəlb edə bilmir.

Sanki poeziyanını dəyəri onun hamı tərəfindən başa düşülməsidir.

Bernşteyn poeziya aylığınının reallıqda cəmiyyətə belə bir mesaj verdiyini düşünür: “Əslində poeziya elə də pis şey deyil”.

Bundan başqa şairin fikrincə, aylıq zamanı Amerika Şairlər Assosiasiyası diqqəti əsasən çağdaş Amerika poeziyasının ənənəvi cərəyanlarını təmsil edənlərin təbliğinə yönəlir.

Bununla da necə deyərlər “qeyri-ənənəvi”, yəni əsasən yenilikçi şairlər kənarda qalmış olurlar.

Halbuki daim poeziyanın nüvəsini və aparıcı qüvvəsini məhz “qeyri-ənənəvi” sənətkarlar təşkil edib.

Kanada şairləri də apreldə poeziya aylığı keçirirlər. Britaniyada isə belə aylıq hər ilin oktyabrında təşkil edilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG