Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:59

Ermənistan hökuməti protokolların ratifikasiyasını dayandırmağa çağırıb


Ermənistandakı hakim koalisiya münasibətlərin normallaşdırılması ilə bağlı Türkiyə ilə imzalanmış protokolların ratifikasiyasını dayandırmağa çağırıb.

Türkiyə ilə Ermənistan ötən ilin oktyabrında iki ölkə arasında diplomatik münasibətlər qurulması və sərhədlərin açılmasını nəzərdə tutan protokollar imzalayıblar.

Amma Osmanlı imperiyası dövründə ermənilərin kütləvi qırğını ilə bağlı mübahisə sənədlərin radifikasiyasını əngəlləyib.

Ermənistan bunun soyqırımı olduğunu iddia edir, Türkiyə isə itihamı rədd edir.

Başqa bir maneə isə Türkiyənin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın tərəfini saxlamasıdır.

Ermənistandakı hakim koalisiyaya daxil olan 3 partiya bu gün bəyanat yayaraq Türkiyəni sənədlərin ratifikasiyasını ləngitməkdə ittiham edib.

Bəyanatda deyilir ki, Türkiyə prosesi heç bir şərtsiz davam etdirməyə hazır olmayınca onun parlamentdə təsdiqinin mənası yoxdur.

Prezident Serj Sarkisyanın günün sonunda məsələ ilə bağlı xalqa müraciəti gözlənilir.
XS
SM
MD
LG