Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:03
Almaniyada yaşayan satirik yazar, “Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakit aprelin 20-də Hamburqdan “Media forum” saytına açıqlama verib. Martın 11-dən Almaniyada olan satirik yazarı bu ölkəyə Hamburq Siyasi Məhbusların Müdafiəsi Cəmiyyəti dəvət edib.

O, bir il Hamburq şəhərində yaşayacaq.

Satirik martın 18-də prezidentin əfv fərmanı ilə həbsdən çıxmış qardaşı, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə görüşəcəyini deyib:

“May ayında Qənimətin Almaniyaya səfəri gözlənir. Hamburqda Gerd Buserius adına “Şərqi Avropada azad mətbuat” mükafatının təqdimat mərasimi olacaq. Qənimət mükafata layiq görülmüş köşə yazarı Şahvələd Çobanoğlu və ANTV-online internet televiziyasının nümayəndəsi ilə birlikdə gəlməyi planlaşdırır”.

Mirzə Sakit Hamburq şəhərinin mərkəzində ona ikiotaqlı ev verildiyini bildirib: “Müalicəm davam edir, tezliklə alman dili kursuna da getməyi planlayıram. Səhhətim çox yaxşıdır. Azərbaycanda olanda yuxusuzluqdan əziyyət çəkirdim, burda çox yaxşı yatıram”.

Hamburq Azərbaycanlılar Cəmiyyətinin sədri Azər Rövşənlə tanış olduğunu deyən satirik keçirdiyi görüşlərindən danışıb: “Mən inanmazdım ki, Almaniyada azərbaycanlılar üçün bu qədər iş görmək istəyən adam var.

Azər bəyin fəaliyyətinə diqqət yetirdikdə aydın görünür ki, bu ölkədəki azərbaycanlılar üçün hətta səfirdən də çox iş görüb.

Berlində Cənubi Azərbaycan Ocağı var, orda görüşlərdə olmuşam, Hollandiya paytaxtı Amsterdamda Azərbaycanlı Siyasi Mühacirlərin Dünya İttifaqının sədri Eldəniz Yusubovla bir araya gəlmişəm.

Martda Mayns şəhərində Novruz şənliyinə qatılmışam”.

Mirzə Sakitin sözlərinə görə, almanlar Azərbaycan haqda çox az məlumatlıdırlar: “Erməni lobbisi Almaniyada da yaxşı işlədiyi üçün bu ölkəni çox yaxşı tanıyırlar”.

Satirik deyib ki, ən yaxın günlərdə Hamburqda Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçiriləcək:

“Tədbirdən sonra faciə qurbanlarının xatirəsinə abidə qoyulması üçün imza toplanacaq və şəhər rəhbərliyinə göndəriləcək. Azərbaycandakı siyasi durum haqda geniş bir tədbir də planlaşdırırıq.

Tədbirə Hollandiyada, İsveçrədə yaşayan azərbaycanlılar da qatılacaq”.

2006-cı il iyunun 23-də həbs edilən, qeyri-qanuni narkotik maddə saxlamaqda ittiham olunaraq 3 il iş alan M.Sakit Milli Məclisin 2009-cu il martın 17-də qəbul etdiyi amnistiya aktına əsasən, həmin il aprelin 9-da cəzasının çəkilməmiş hissəsindən azad olunub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG