Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:29

Əhmədinejat Zimbabve və Uqandaya gedir


İran prezidenti Mahmud Əhmədinejatın bu gündən Zimbabve və Uqandaya iki günlük səfəri başlayır.

Əhmədinejat Zimbabvedə beynəlxalq ticarət yarmarkasında iştirak edəcək. Səfərinin ikinci günü isə BMT Təhlükəsizlik Şurasının hazırda üzvü olan Uqandada İranın nüvə proqramını müzakirə edəcək.

ABŞ və müttəfiqləri İranın nüvə planlarına görə ona 4-cü dəfə sanksiya qoyulmasını istəyir.

Qərb İranın nüvə silahı hazırlayacağından ehtiyatlanır. Bunu inkar edən Tehran Təhlükəsizlik Şurasının 15 üzvünün hamısı ilə danışıqlar aparmağı planlaşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG