Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:51

Tovuzdakı avtoqəzanın baş vermə səbəbləri açıqlanıb


Qazax istiqamətində gedən avtomobillərin biri digərinin yoluna çıxıb.

Bu barədə Baş Dövlət Yol Polis İdarəsinin tədqiqatçısı Azər Həsənov danışıb, aprelin 21-də səhər saat 7 radələrində Bakı-Qazax yolunun 419-cu kilometrliyində, Tovuz rayon Dönük Qırıxlı kəndi ərazisində baş vermiş avtomobil qəzasının səbəblərini açıqlayıb.

O, bildirib ki, Qazax istiqamətində hərəkətdə olan mikroavtobus yolda sağa dönərkən həmin istiqamətdə hərəkət edən, içərisində 40-a yaxın sərnişin olan avtobusla toqquşub.

Güclü toqquşma nəticəsində avtobus yolun kənarına çıxaraq aşıb. Nəticədə avtobusda olan səkkiz sərnişin ölüb və 12 sərnişin yaralanıb.
XS
SM
MD
LG