Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:20

Heydər Əliyevin ad günü münasibəti ilə Gəncədə konsert olacaq


Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikovanın verdiyi məlumata görə mərhum prezident Heydər Əliyevin ad günü münasibəti ilə Gəncədə mayın 6-da konsert proqram təşkil ediləcək.

Xalq artisti Teymur Göyçayevin bədii rəhbəri və dirijoru olduğu Azərbaycan Dövlət Kamera Orkestrinin iştirakı ilə keçirilən konsert şəhərin mərkəzi meydanında olacaq.

Gəncənin incəsənət ustaları mayın 4-də Qusar ictimayəti üçün konsert proqramı hazırlamağı planlaşdırır. Konsertdə Gəncənin incəsənət usataları ilə yanaşı Röya, Teymur Əmrah və digər ifaçılar çıxış edəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG