Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:05

Saakaşvili Rusiyanı qeyri-sabitlik yaratmaqda günahlandırır


Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyanı Qafqazda qeyri-sabitlik yaratmaqda günahlandırıb.

«Associated Press» agentliyinə müsahibəsində Saakaşviili bildirib ki, Qafqazdakı vəziyyətdən yararlanan qruplaşmalar Gürcüstanın və separatçı Abxaziya və Cənubi Osetiyanın ərazisindən qanunsuz olaraq zənginləşdirilmiş uran keçirmək üçün istifadə etməyə çalışır.

Gürcüstan prezidenti ötən ay bu cür cəhdlərdən birinin qarşısını aldıqlarını təsdiqləyib.

Saakaşvili hesab edir ki, qaçaq yolu ilə gətirilən uran sonradan nüvə başlıqlarının istehsalı üçün istifadə oluna bilər.
XS
SM
MD
LG