Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:29

Bakiyevin bir neçə tərəfdarı həbs olunub


Qırğızıstanın cənubunda sabiq prezident Kurmanbek Bakiyevin bir neçə tərəfdarı həbs olunub. Özünü Calal-Abadın rəhbəri elan edən Faizulla Raxmanov da həbs olunanlar arasındadır.

Müvəqqəti hökumət bildirib ki, Bakiyevi dəstəkləyən Calal-Abad indi nəzarətləri altındadır.

Hazırda Belarusda olan Bakiyev özünü hələ də prezident kimi görür və beynəlxalq aləmi müvəqqəti hökuməti tanımamağa çağırıb.
XS
SM
MD
LG