Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:06
“UKRAYNA HİMNİ PESSİMİSTDİR”

Ukrayna şairi Olha Rekun hesab edir ki, dövlətin himni ilahi müaricətdir.

Onun fikrincə, bu baxımdan Ukraynanın himni düzgün mesajlar vermir:

“Himn bizim Allaha duamızdır. Əgər biz bu yolla üzümüzü Allaha çevirsək, bunun nəticələrini ölkəmizdə görəcəyik”.

Ukraynanın hazırkı himni ona 1917-ci ildə qısa müddətdə mövcud olmuş Ukrayna Xalq Respublikasından yadigar qalıb.

Altı dəqiqəlik bu himni son vaxtlar uzunluğuna və pessimizminə görə çox tənqid edirlər.

Rekun bildirir ki, bu himn başdan-başa ölkənin müstəqillik uğrunda savaşına köklənib.

Şairə özü ölkənin alternativ himnini yazıb və hesab edir ki, bu, 18 ildir müstəqil olan ölkənin xöşbəxt günlərini əks etdirir.

Ölkənin şərqindəki Dnepropetrovsk şəhərində bir qrup adam da mintiq keçirərək şairəni və onun yeni himnini müdafiə ediblər.

Onlar yeni himn variantının ölkədə müzakirə edilməsini tələb ediblər. Amma yeni təşəbbüsün tənqidçiləri də çoxdur.

GÜRCÜSTANIN HİMNİ POP VERSİYADA

Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko
Dövlət himni milli ruh anlayışı ilə assosiasiya olunsa da, bəzi ölkələrin himnini yazan əcnəbilərdir.

Məsələn, Albaniyanın himnini bir rumıniyalı, Serbiyanın himnini isə bir sloveniyalı bəstəkar yazıb.

Dövlət himnini dəyişən ölkələrin bir qayğısı da yeni himni vətəndaşların öyrənməsinə necə nail olmaqdır.

Bəziləri telekanalların verilişlərini himnlə bitirir, bəziləri də daha özündənrazı yollara əl atırlar.

Prezident Mixeil Saakaşvilinin rəhbərlik etdiyi Gürcüstanda yeni himni məhşurlaşdırmaq üçün ölkənin pop ulduzlarının əksəriyyətinin ifasında dövlət himninin pop versiyasını da hazırlayıb.

“ZORAKI” HİMNLƏR

Dövlət himnlərini araşdıran Michael Jamieson Briston hesab edir ki, hansı qitədədəki ölkəyə aid olmasından asılı olmayaraq, himnlərin ortaq cəhətləri təxminən eyni mesajları daşıyırlar:

“Dövlət himnlərinin bir çoxunda torpaqların, dağların gözəlliyi öyülür.

Buna ən yaxşı nümunə İsveçrədir. Bundan savayı, himnlərdə kifayət qədər qan-qada sözləri, qəhərmanlıq ifadələri yer alır.

Bu baxımdan Polşa, Fransa, İran kimi ölkələrin himnləri kifayət qədər zorakı hesab edilə bilər”.

Dövlət himnləri bəzən rəsmi protokollarda ciddi siyasi polemikalara da səbəb olur.

KOMMUNISTLƏR “ALLAH” SÖZÜNƏ ETİRAZ EDİR

Kosovo serbləri himn oxuyur.
Keçən ay Rusiyada kommunist deputatlar ölkənin himnindən “Allah” sözününün çıxarılması barədə təşəbbüs qaldırdılar.
Keçən ilin payızında İranın prezidenti Mahmud Əhmədinejad Venesuelada səhvən ölkəsinin köhnə - şah dövrünün himni ilə qarşılananda da pərtlik yaranmışdı.

SSRİ zamanında beş Mərkəzi Asiya ölkəsinin hər birinin öz himni vardı.

Amma həmin himnləri də Moskvada bəstəkarlar yazmışdılar. Müstəqil olandan sonra bu ölkələrin çoxu həmin himnlərin ən azı melodiyasını dəyişdiriblər. Bəziləri bu dəyişikliyə olduqca gec əl atıblar.

Məsələn, Qazaxıstan və Tacikistan sovetlərdənqalma himnini 2006-cı ildə dəyişiblər.

İraqın müvəqqəti dövlət himni bir fələstin mahnısı üzərində qurulub və İraqla birlikdə həm də Əlcəzairin və Fələstinin özününün himnidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG