Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:02

"Kür" Olimpiya Mərkəzi yekunlaşmaq üzrədir


Mingəçevirdə tikilən “Kür” Olimpiya Mərkəzində işlər yekunlaşmaq üzrədir.

6 hektardan çox ərazini əhatə edən kompleks Serbiya-Azərbaycan birgə müəssisəsi “"Serbaz”" Layihə və Tikinti MMC tərəfindən inşa olunur.

İdman kompleksi bir neçə binadan ibarətdir.

Burada basketbol, voleybol, mini-futbol, güləş yarışları keçiriləcək.

Mərkəzdə olimpiya standartlarına uyğun 50 metr uzunluğunda hovuz, qayıqların saxlanılması üçün ellinq, 6 mərtəbəli 120 nəfərlik otel, hakimlərin yarışları izləməsi üçün 39 metrlik qüllə tikiləcək, qüllənin içində isə restoran fəaliyyət göstərəcək.

İdman kompleksində 2 açıq tennis kortu da olacaq.

Obyektin yaxın aylarda istifadəyə veriləcəyi gözlənilir.
XS
SM
MD
LG