Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:06

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şura Aland modelini öyrənmək istəyir


Bir neçə QHT-nin təmsil olunduğu Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şura Aland modelini öyrənmək istəyir.

Apreiln 21-də İctimai Şuranın koordinatoru Arzu Abdullayeva deyib ki, onlar baza prinsipləri çərçivəsində Aland modelinin hansı ünsürlərinin Qarabağ münaqişəsi üçün məqbul olduğunu öyrənmək istəyirlər və bunun üçün Alanda səfər edəcəklər.

Səfər zamanı Aland modelinin ətraflı öyrənilməsi, ada sakinləri ilə söhbətlər aparılması, o cümlədən Ermənistan və Azərbaycandan olan nümayəndə heyətlərinin birlikdə modelin Qarabağ münaqişəsinə uyğun variantlarını müzakirə etməsi nəzərdə tutulub.

Qarabağ Şurasının fəaliyyətdə olan sədri Əli Abbasov isə bildirib ki, səfərin gündəliyi «IKV Pax Christi»nin təşkilatçılığı ilə Tbilisidə keçirilən görüşdə müəyyənləşib.

Ə.Abbasovun sözlərinə görə, Tbilisi görüşündə Ermənistandan və Azərbaycandan olan vətəndaş cəmiyyətinin nümayəndələri Qarabağ münaqişəsinin tənzimlənməsi yolları, Madrid prinsipləri, eləcə də Aland modeli ətrafında müzakirələr aparıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG