Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:24

Amerikalı həmsədr Bakıdakı danışıqları «ciddi və konstruktiv» adlandırıb


ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke vəBakıda prezident İlham Əliyev və XİN rəhbəri Elmar Məmmədyarovla aparılan danışıqları «ciddi və konstruktiv» adlandırıb.

Aprelin 21-də keçirdikləri brifinqdə həmsədrlər bildiriblər ki, onlar missiyalarına uyğun olaraq, «sülh prosesində əldən buraxılmış fürsətlərin qaytarılmasına çalışırlar».

Bradtkenin sözlərinə görə, prezident İlham Əliyev münaqişənin sülh yolu ilə nizamlanmasına sadiqdir. O deyib ki, ABŞ prezidenti Barak Obama və dövlət katibi Hillari Klinton da Dağlıq Qarabağ probleminin sülh yoluyla tənzimlənməsini dəstəkləyirlər.

Bradtke rəsmi Bakının Azərbaycanın «Madrid prinsipləri»ni qəbul etməsi, Yerevanın isə qəbul etməməsi haqda iddialarını şərh etmək istəməyib və yalnız onu deyib ki, hər iki tərəflə müzakirələr davam edir.

Amerikalı diplomat bildirib ki, tərəflər arasında hələ də razılaşdırılmamış məsələlər var, amma o, bu məsələlərin nədən ibarət olduğunu açıqlamayıb.

Minsk qrupunun rusiyalı həmsədri İqor Popov isə ölkəsinin münaqişənin sülh yoluyla nizamlanmasına sadiq olduğunu bildirib.

Fransalı həmsədr Bernar Fasye təyyarə reyslərinin ləğvi ilə əlaqədar Bakıya gələ bilməyib.

Aprelin 22-də Moskvada həmsədrlər Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müzakirələr aparacaqlar.
XS
SM
MD
LG