Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:35
Ukraynanın tanınmış yazıçıları insanların sözə, kitaba marağını artırmaq üçün paytaxt Kiyevdə avtoyürüş keçirəcəklər.

Aprelin 23-də - Beynəlxalq kitab günündə peşəkar yazıçılar maşınlara dolub bayraq qaldıracaq, şəhərin əsas küçələriylə şütüyəcəklər.

Həmişə olduğu kimi avtomobil karvanının önündə yaşıl “zaparojets” gedəcək.

Belə avtoyürüş artıq üçüncü ildir ki keçirilir.

Bu dəfə şüar belədir: “Avtoyürüşlə kitabsızlığa və fərsizliyə zərbə vuraq”.

Aksiyada 20-yə yaxın tanınmış şair və yazıçının, o cümlədən Andrey Kurkov, Vasiliy Şklyar, İren Razbudko, Kapranov qardaşlarının iştirakı nəzərdə tutulur.

Amma başqa yazarlar da aksiyaya qoşula bilər.

Bundan başqa yazıçılar kitablara əlavə dəyər vergisinin tətbiqinə etiraz olaraq Beynəlxalq Valyuta Fondunun Kiyevdəki ofisi qarşısında etiraz aksiyası keçirəcəklər.

ƏDV-nin tətbiqini Ukrayna hökumətindən BVF istəyir, hazırda bununla bağlı hökumətlə danışıqlar aparılır.

Yürüş iştirakçıları Ukrayna Milli Yazıçılar Birliyinin, Ukrayna Naşirlər və Kitab Yayımçıları Assosiasiyasının müraciətini BVF-nin ofisinə təqdim edəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG