Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:09

Bağdadda səslər yenidən sayılır


Martın 7-də İraqda keçirilmiş parlament seçkilərində Bağdadda verilmiş səslərin yenidən sayılması 2 həftə vaxt aparacaq.

Bu barədə Müstəqil Seçki Komissiyasının nümayəndəsi Həmdiyə əl Hüseyni bildirib.

O qeyd edib ki, səsləri əllə saymaq üçün xüsusi komitə yaradılıb.

Səslərin yenidən sayılmasını baş nazir Nuri əl Maliki təkid edirdi.

Keçmiş baş nazir İyad Ələvinin bloku seçkilərdə azacıq səslə Nuri əl Malikinin blokunu üstələyib.

Ekspertlər hesab edir ki, Bağdadda sələrin yenidən sayılması vəziyyəti dəyişə bilər.
XS
SM
MD
LG